6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

QƏZA

Hindistanda təyyarə hava limanında dirəyə çırpılıb

04-sentyabr-2026, 20:34
Hindistanda təyyarə hava limanında dirəyə çırpılıb
Yazı Ölçüsü:

Hindistanın Srinaqar şəhərindəki hava limanında təyyarə yerüstü hərəkət zamanı dirəyə çırpılıb.

"PostMedia" xəbər verir ki, bu barədə sentyabrın 4-də "ANI" xəbər agentliyi məlumat yayıb.

"ANI"nin "X" sosial şəbəkəsindəki səhifəsində yayılan məlumata görə, hadisə nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri təhlükəsizdir. Zərərçəkənlər barədə məlumat yoxdur. Hava limanı fəaliyyətini normal rejimdə davam etdirir.

Hadisə ilə bağlı uçuşu həyata keçirən "IndiGo" aviaşirkətindən bildirilib ki, insident barədə bütün aidiyyəti qurumlar dərhal məlumatlandırılıb. Hazırda şirkət həmin qurumlarla birlikdə hadisənin səbəblərini araşdırır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031