6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

QƏZA

Almatı hava limanında təyyarə yanıb, xəsarət alan var

28-avqust-2026, 15:48
Almatı hava limanında təyyarə yanıb, xəsarət alan var
Yazı Ölçüsü:

Bu gün Qazaxıstanın Almatı hava limanında "FlyArystan"ya məxsus təyyarədə yanğın baş verib, "Air Astana" qrupunun bir əməkdaşı xəsarət alıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Air Astana" aviaşirkətinin mətbuat xidməti "İnterfaks-Qazaxıstan"a bildirib.

"FlyArystan-a məxsus təyyarədə planlı texniki işlər zamanı istehsalat insidenti baş verib. İşlərin aparılması zamanı yerli yanğın qeydə alınıb və hava limanının fövqəladə hallar xidmətləri tərəfindən operativ şəkildə söndürülüb. Air Astana qrupunun əməkdaşı xəsarət alıb", - mətbuat xidmətindən bildirilib.

Xəsarət alan şəxsə tibbi yardım göstərilib və daha sonra Air Astana əməkdaşı xəstəxanadan evə buraxılıb.

Air Astananın məlumatına görə, hadisə zamanı təyyarədə sərnişin və ekipaj üzvləri olmayıb. Hazırda təyyarə müvəqqəti olaraq istismardan çıxarılıb, zərərin dərəcəsinin qiymətləndirilməsi və təmir işləri aparılır.

Şirkət həmçinin bildirib ki, Air Astana qrupu Almatı Beynəlxalq Hava Limanı ilə birlikdə hadisənin başvermə şəraitini araşdırır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930