ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranda toy mərasimi üçün toplaşan onlarla insanın olduğu evə Amerika raketinin zərbə endirməsi ilə bağlı məlumatı araşdırdığını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Zərbə nəticəsində 4 nəfər həlak olub.
"Biz bunu çox diqqətlə araşdırırıq", – Vens deyib. O qeyd edib ki, ABŞ döyüş əməliyyatları zamanı heç vaxt qəsdən mülki şəxsləri hədəf almır. Bununla yanaşı, vitse-prezident "Bəzən belə şeylər baş verir" deyə əlavə edib.
"Biz bunu araşdırırıq, çünki təbii ki, bu, bizim üçün önəmlidir. Həqiqəti bilmək istəyirik. Hərbçilərimiz səhvlərə yol verəndə nəticə çıxarırlar ki, gələcəkdə daha yaxşı fəaliyyət göstərə bilsinlər", – Vens bildirib.
ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi kapitan Tim Hokins də daha əvvəl Amerika hərbçilərinin insidentlə bağlı məlumatı yoxladığını açıqlayıb.
Bununla yanaşı, Vens ABŞ və İran arasında davam edən qarşıdurmanı müharibə hesab etmədiyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın son zərbələr mərhələsinin başa çatmasından sonra hazırda "aktiv döyüş əməliyyatları" aparılmır.
"Mən hazırda buna müharibə deməzdim. Aktiv atəş açılması yoxdur", – deyə o bildirib.
Vensin iddiasına görə, əsas döyüş əməliyyatları təxminən 6 həftə davam edib və bu müddət ərzində İranın hərbi potensialının əhəmiyyətli hissəsi məhv edilib.
Vitse-prezidentin sözlərinə görə, İran Hörmüz boğazından keçən gəmilərə hücumlarını davam etdirir. Buna görə də ABŞ beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməlidir.