6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ

Tramp Maduronu yeni ittihamlarla da üzləşə biləcəyini bildirib

03-sentyabr-2026, 19:38
Tramp Maduronu yeni ittihamlarla da üzləşə biləcəyini bildirib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp sentyabrın 2-də Venesuela Prezidenti Nikolas Maduroya qarşı ABŞ-də yeni ittihamların irəli sürülə biləcəyini yenidən açıqlayıb.

"Onlar çox ağır cinayətlər törətməkdə ittiham olunurlar".

"PostMedia" xəbər veri ki, Tramp Ağ Evdə çıxışı zamanı Maduro və onun həyat yoldaşı Siliya Floresi nəzərdə tutaraq bildirib.

"Bundan əlavə, düşünürəm ki, onların həbsxanaları boşaldaraq məhbusları ABŞ-a göndərmələri ilə bağlı ittiham irəli sürülməyib. Amma bəlkə də belə bir ittiham irəli sürüləcək", – deyə Tramp vurğulayıb.

Tramp daha əvvəl də dəfələrlə Venesuela hakimiyyətinin ölkədən ABŞ-a qanunsuz miqrasiyaya şərait yaratdığını iddia edib.

ABŞ prezidenti mart ayında da Maduro ilə bağlı "başqa məhkəmə proseslərinin də gözlədiyini" və onun barəsində "başqa işlərin də açılacağını" bildirmişdi.

Yanvarın 3-də ABŞ hərbçiləri Venesueladakı bir sıra obyektlərə hücum edərək Maduro və onun həyat yoldaşını saxlayıb ölkədən çıxarıblar. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəməsində hakim qarşısına çıxarılıblar. Maduro və Flores narkotik ticarəti ilə əlaqəli olmaqda ittiham edilirlər. Onlar təqsirlərini qəbul etməyiblər.

Hazırda Venesuela dövlət başçısının səlahiyyətlərini Maduronun hakimiyyəti dövründə ölkənin icraçı vitse-prezidenti vəzifəsini tutmuş Delsi Rodriqes həyata keçirir.

Maduronun müdafiə tərəfi daha əvvəl məhkəmədən ona qarşı irəli sürülən ittiham aktının birinci bəndini rədd etməyi xahiş edib. Həmin bənddə Maduro narkoterrorçuluq məqsədilə sui-qəsddə ittiham olunur.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930