6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ

ABŞ-də məhkəmə Trampın "doğuş turizmini" qadağan edən sərəncamının icrasını dayandırıb

03-sentyabr-2026, 11:21
ABŞ-də məhkəmə Trampın "doğuş turizmini" qadağan edən sərəncamının icrasını dayandırıb
Yazı Ölçüsü:

ABŞ-nin Merilend ştatında federal dairə məhkəməsi çərşənbə günü Prezident Donald Trampın ölkədə "doğuş turizmi" adlandırılan praktikanı qadağan edən sərəncamının icrasını müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.

"PostMedia" xəbər verir ki, məhkəmənin qərarına əsasən, Vaşinqton administrasiyası sərəncamın bir sıra əsas müddəalarının icrası ilə bağlı hələlik hər hansı tədbir görə bilməyəcək. Tramp sərəncamı avqustun əvvəlində imzalayıb. Sənəd xarici vətəndaşların övladlarının ABŞ vətəndaşlığı əldə etməsi məqsədilə xüsusi olaraq ölkəyə gələrək burada uşaq dünyaya gətirməsi praktikasının qarşısını almağı nəzərdə tutur.

Məhkəmənin qərarı yekun deyil. İş üzrə araşdırma davam edir. Proses miqrant hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların məhkəməyə müraciətindən sonra başlayıb.

Merilend federal dairə məhkəməsi hesab edib ki, Trampın sözügedən sərəncamı ABŞ Ali Məhkəməsinin qərarına ziddir. Ölkənin ali məhkəməsi iyun ayında Trampın doğuş yolu ilə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdırmağı nəzərdə tutan digər sərəncamını Konstitusiyaya zidd hesab edib.

Tramp həmin sənədi 2025-ci il yanvarın 20-də andiçmə mərasimindən sonra imzalayıb. Sərəncam dövlət qurumlarına ABŞ-da doğulan və valideynləri ölkədə qanunsuz əsaslarla olan uşaqlara vətəndaşlıq verilməsindən imtina etməyi tapşırırdı. Eyni qayda anası ölkəyə müvəqqəti əsaslarla, o cümlədən viza tələb olunmayan rejim çərçivəsində və ya təhsil, iş və turizm vizası ilə daxil olduqda da tətbiq edilməli idi. Bu halda uşağın atası ABŞ vətəndaşı və ya ölkədə daimi yaşamaq icazəsi olan şəxs olmadıqda, uşağa ABŞ vətəndaşlığının verilməməsi nəzərdə tutulurdu.

Doğuş yolu ilə vətəndaşlıq hüququna dair Konstitusiya düzəlişi ABŞ-da Vətəndaş müharibəsindən (1861–1865) sonra qəbul edilib. Bununla da 1857-ci ildə ABŞ Ali Məhkəməsinin afroamerikalıların vətəndaşlıq hüququnu tanımayan qərarı qüvvədən düşüb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930