6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Serj Sarkisyana yeni ittihamlar irəli sürülüb

06-noyabr-2025, 18:15
Serj Sarkisyana yeni ittihamlar irəli sürülüb
Yazı Ölçüsü:
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan barəsində yeni ictimai cinayət təqibi başlanıb.
"PostMedia" xəbər verir ki, o, 2003-cü il aprelin 18-də qəbul edilmiş Cinayət Məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi ilə ittiham olunur.
Bu maddə hazırkı qüvvədə olan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndinə uyğun gəlir.
Həmin maddələr rüşvət alma və vəzifə səlahiyyətlərindən şəxsi maraqlar üçün istifadə etmə kimi ağır korrupsiya cinayətlərini nəzərdə tutur.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə bildirib ki, artıq sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031