6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Yekaterinburqda azərbacanlıların ilkin həbs müddəti uzadılıb

17-oktyabr-2025, 19:17
Yekaterinburqda azərbacanlıların ilkin həbs müddəti uzadılıb
Yazı Ölçüsü:

Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi əvvəlki illərdə qətl və qəsdən adam öldürməyə cəhd ittihamları ilə saxlanılan Azərbaycan vətəndaşlarının ilkin həbs müddətini uzadıb.

PostMedia” xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin birgə mətbuat xidməti məlumat verib.

“Məhkəmənin 2025-ci il 16 və 17 oktyabr tarixli qərarlarına əsasən, Əhliman Gənciyev, Aziz Abbasov, Şahin Lalayev, Akif, Ayaz, Bakir, Kamal və Mazahir Səfərovların ilkin həbs müddəti uzadılıb. Onların hamısı 29 dekabradək həbsdə qalacaq”, – məhkəmədən bildirilib.

Qeyd olunur ki, iyunun 27-si səhər saatlarında Yekaterinburqda Azərbaycan vətəndaşlarının kütləvi həbsləri həyata keçirilib. Bundan sonra Səfərov qardaşlarından beşi, həmçinin Gənciyev, Lalayev və Abbasov saxlanılıb. Onlar 2001-ci ildə Tacir Paşayevin qətli, 2010-cu ildə Fehruzun qəsdən öldürülməsinə cəhd və 2011-ci ildə onların dostunun qətli ilə bağlı şübhəli bilinirlər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930