6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İstanbulun məşhur tramvayı alışıb yandı

13-oktyabr-2025, 09:07
İstanbulun məşhur tramvayı alışıb yandı
Yazı Ölçüsü:

İstanbulun məşhur İstiqlal küçəsində hərəkət edən və yerli əhali arasında olduğu kimi sərnişinlər arasında da məşhur olan tramvayda qəfil yanğın çıxıb.

PostMedia” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə sərnişinlərin eniş zamanı baş verib və qısa müddətdə ətrafda panika yaşanıb.

Məlumata görə, Taksim Meydanı ilə Tünel arasında xidmət göstərən tramvayın ön hissəsində alovlanma baş verib. Hadisəyə dərhal reaksiya göstərən vatman Yasin B. (44 yaş) yanğınsöndürən cihazla alova müdaxilə edərək yanğının böyüməsinin qarşısını alıb.

Hadisə yerinə qısa zamanda yanğınsöndürənlər, təcili tibbi yardım və polis qrupları cəlb edilib. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Texniki qrupların araşdırması zamanı yanğının qısaqapanmadan (qısa devrə) qaynaqlandığı müəyyən edilib. Təhlükəsizlik tədbirlərinin görülməsindən sonra tramvay gara aparılaraq istifadədən çıxarılıb.

Polis hadisə ilə bağlı istintaqa başladığını açıqlayıb. Taksimdə baş verən bu insident sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930