6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

“Pravda” nəşriyyatının sabiq direktoru intihar edib

06-oktyabr-2025, 08:14
“Pravda” nəşriyyatının sabiq direktoru intihar edib
Yazı Ölçüsü:

Rusiyanın paytaxtı Moskva şəhərində “Pravda” nəşriyyatının keçmiş direktoru Vyaçeslav Leontyev intihar edib.

”PostMedia” xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, 87 yaşlı Leontyev dünən axşam saatlarında həyatına son qoyub. İlkin məlumatlara əsasən, o, əsəb pozuntusu fonunda intihar edib. Onun meyiti Moskvanın Molodogvardeyskaya küçəsində yerləşən mənzilinin pəncərəsi altında aşkarlanıb.

Hadisə yerində zorakılıq və ya cinayət əlamətləri qeydə alınmayıb.

Vyaçeslav Leontyev 1971-ci ildən “Pravda” nəşriyyatında işləyib, əvvəlcə istehsalat şöbəsinin rəis müavini, daha sonra isə 1984-cü ildən etibarən nəşriyyatın direktoru olub. O, “Pravda”nı “Pressa” adlı federal dövlət unitar müəssisəsinə çevrilənədək idarə edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031