6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Rusiya Federal Təhlükəsizlik Xidməti Stavropolda Azərbaycan vətəndaşını saxlayıb

08-sentyabr-2025, 11:11
Rusiya Federal Təhlükəsizlik Xidməti Stavropolda Azərbaycan vətəndaşını saxlayıb
Yazı Ölçüsü:

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Azərbaycan vətəndaşını Stavropolda saxlayıb.

"PostMedia" xəbər verir ki, saxlanılan şəxsin Azərbaycanın Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrində xidmət etdiyi və Stavropolda terror aktı hazırlamaqda şübhəli bilinir.

Xidmətin məlumatına görə, həmin şəxs Rusiyada qadağan olunmuş Ukrayna terrorçu təşkilatına könüllü qoşulub və Yessentukidə, həmçinin Stavropolda diversiya törətmək məqsədilə kəşfiyyat aparıb:

"Terrorçu təşkilatın başçıları tərəfindən verilən tapşırığa əsasən, o, Yessentuki və Stavropol şəhərlərində hüquq-mühafizə orqanlarının inzibati binalarını və nəqliyyat infrastrukturunu da əhatə edən bir sıra obyektlərdə diversiya-terror aktları üçün ətraflı kəşfiyyat aparıb".

FSB-nin bildirdiyinə görə, şübhəli şəxsin partlayıcı qurğu hazırlamaq üçün lazım olan komponentləri və zərərverici elementləri aldığı və onları gizli yerdə saxladığı müəyyən edilib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930