6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Təyyarə Bakıda məcburi eniş etdi

20-avqust-2025, 11:45
Təyyarə Bakıda məcburi eniş etdi
Yazı Ölçüsü:

London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “NOMAD AVIATION AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031