6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Rusiya PUA-ları SOCAR-ın Odessadakı terminalını vurub - KİV

18-avqust-2025, 08:17
Rusiya PUA-ları SOCAR-ın Odessadakı terminalını vurub - KİV
Yazı Ölçüsü:
Ruslar yenidən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Odessadakı obyektlərinə hücum ediblər.
"PostMedia" Ukrayna mediasına istinadən xəbər verir ki, “Nova Poshta”nın terminalı da zərbə altında qalıb.
“Dumskaya” nəşri yazır ki, hücum "Şahed" dronları vasitəsi ilə həyata keçirilib.Hadisə nəticəsində ərazidə güclü yanğın başlayıb.
Bundan əlavə, yaşayış evlərinin də dağıldığı bildirilib. Hazırda hücumun nəticələri ilə bağlı rəsmi məlumat yoxdur.
Xatırladaq ki, avqustun 6-na keçən gecə Rusiya ordusu SOCAR-ın yanacaqdoldurma bazasına “Şahed”lərlə hücum etmişdi.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930