6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var

10-avqust-2025, 10:52
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Yazı Ölçüsü:

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

PostMedia” “Report”a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.

Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031