6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Gömrükçülər 103 kiloqram narkotik aşkar etdi

03-avqust-2025, 10:57
Gömrükçülər 103 kiloqram narkotik aşkar etdi
Yazı Ölçüsü:
Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
"PostMedia" bu barədə DGK-nın mətbuat xidmətinə istinadən xəbə verir.
“Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kq 395 q narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
 
 
 
 
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930