6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

FHN Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədəki yanğınların söndürülməsinə 4 helikopter cəlb edib

26-iyul-2025, 13:51
FHN Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədəki yanğınların söndürülməsinə 4 helikopter cəlb edib
Yazı Ölçüsü:

Məlumat verildiyi kimi Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

"PostMedia" bu barədə FHN-ə istinadən xəbər verir.

Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.

Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031