6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb

30-iyun-2025, 11:33
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Yazı Ölçüsü:

Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb.

Bu barədə “PostMedia” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumara görə, iyunun 26-sı saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi digər ağır nəticələrə səbəb olduqda) və 224-cü (partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930