6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Tarkana ağır itki üz verib

17-aprel-2025, 07:02
Tarkana ağır itki üz verib
Yazı Ölçüsü:

Müğənni Tarkan anası Neşe Tevetoğlu vəfat edib.

"PostMedia" Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa turnesi çərçivəsində Almaniyada olan Tarkan, acı xəbəri alar-almaz dərhal İstanbula qayıdıb.

Məlumatda deyilir ki, N.Tevetoğlu bir müddətdir müalicə olunduğu xəstəxanada ürək tutması nəticəsində dünyasını dəyişib.

Tarkanın bu gün İstanbulda son mənzilə yola salınacaq.

Anası xəstə olanda qardaş və bacıları ilə birlikdə şəkil paylaşan Tarkan bunları qeyd etmişdi:

“Son günlərdə anamızın yaşadığı sağlamlıq problemi səbəbilə bütün bacı-qardaşlar səfərbər olduq. Allahın köməkliyi ilə canımız ana yenidən sağlamlığına qovuşduqdan sonra bu xatirə fotosunu çəkmədən olmazdı. Çünki 10 ildən sonra 6 qardaş ilk dəfə yenidən bir araya gəlmişdik. Bu fürsətlə anamın sağalmasında əməyi olan doktorumuza sonsuz təşəkkürlər. Həmçinin əməyi keçən digər həkimlərə, tibb bacılarına və xəstəxana personalına da minnətdarıq”.

Allah rəhmət eləsin.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031