6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

FHN: “Gün ərzində 53 nəfər təxliyə edilib”

16-aprel-2025, 18:14
FHN: “Gün ərzində 53 nəfər təxliyə edilib”
Yazı Ölçüsü:

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

PostMedia” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verilib.

Məlumatda deyilir ki, həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Abşeron, Qobustan və Şamaxı rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.

Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 19-u uşaq olmaqla ümumilikdə 53 nəfər vətəndaş təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930