6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Kəlbəcərdə maşın aşdı, qadın hərbçimiz öldü - FOTO

14-aprel-2025, 15:52
Kəlbəcərdə maşın aşdı, qadın hərbçimiz öldü - FOTO
Yazı Ölçüsü:

Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

"PostMedia"nın əldə etdiyi məlumata görə, “Nissan Pathfinder” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü – 1983-cü il təvəllüdlü İlahə Şahverdiyeva hadisə yerində həyatını itirib.

İlkin məlumata əsasən, İ. Şahverdiyeva ordu sıralarında xidmət edən hərbçi olub və N saylı hərbi hissədə gizir rütbəsində çalışıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031