Böyük Britaniyanın hava hərəkətinin idarə edilməsi sistemində baş verən nasazlıq səbəbindən iki gün ərzində 1900-dən çox aviareys ləğv edilib.
"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" aviasiya üzrə təhlillər aparan "Cirium" şirkətinin məlumatlarına istinadən xəbər verib.
"Nəticədə, dünən Milli Hava Hərəkəti Xidmətində baş verən sistem nasazlığından bu gün səhər saat 05:00-dək ümumilikdə 1900-dən çox reys ləğv edilib", - nəşrin məqaləsində qeyd olunub.
Texniki problem artıq aradan qaldırılsa da, uçuşlarla bağlı xaos ikinci gündür davam edir. Bundan əlavə, çoxsaylı reyslər gecikib və bu vəziyyət on minlərlə sərnişinə narahatlıq və çətinlik yaradıb.