6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Azərbaycan vətəndaşı Türkiyədən Gürcüstana keçdikdən sonra itkin düşüb

09-sentyabr-2026, 12:30
Azərbaycan vətəndaşı Türkiyədən Gürcüstana keçdikdən sonra itkin düşüb
Yazı Ölçüsü:

Gürcüstanda Azərbaycan vətəndaşı Hafiz Süleymanovun tapılması üçün axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

"PostMedia" "Georgia Online"a istinadən xəbər verir ki, Süleymanov Türkiyədən Gürcüstana keçdikdən sonra itkin düşüb.

İtkin düşən şəxsin əmisi qızı Günay Əlizadənin sözlərinə görə, ailəsi avqustun 28-dən etibarən onunla əlaqə saxlaya bilmir. Yaxınları sərhəddəki müşahidə kameralarının görüntülərini yoxlayaraq Süleymanovun Türkiyədən Gürcüstana keçdiyini müəyyənləşdirib. Bundan sonra onun harada olduğu məlum deyil.

Əlizadənin bildirdiyinə görə, Süleymanov hələ Türkiyədə olarkən telefonunu itirib və buna görə onunla birbaşa əlaqə saxlamaq mümkün deyil. Ailə üzvləri özləri axtarışlara başlayıb və aidiyyəti qurumlara müraciət ediblər.

"Biz sərhəd kameralarının görüntülərini yoxladıq və onun Türkiyədən Gürcüstana keçdiyini müəyyən etdik. Bundan başqa heç nə məlum deyil. Bundan sonra onun haqqında heç bir məlumatımız yoxdur. Telefonunu Türkiyədə itirdiyinə görə hazırda onunla əlaqə saxlamaq mümkün deyil. Ailəmiz artıq axtarışlara başlayıb və aidiyyəti qurumlara müraciət edib. Onu görən və ya harada olduğu barədə məlumatı olan şəxslərdən polisə və ya bizə məlumat vermələrini xahiş edirik", - deyə Günay Əlizadə bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyindən də Süleymanovun axtarışlarının aparıldığını və axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyini təsdiqləyiblər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930