İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "MQ-9 Reaper" kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurub.
"PostMedia" xəbər verir ki, bu barədə avqustun 31-də İİKK-nın mətbuat xidməti məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl İİKK-nın hava hücumundan müdafiə qüvvələrinin raketləri ilə Hörmüz boğazı üzərində ABŞ-a məxsus uzaqmənzilli MQ-9 pilotsuz uçuş aparatı vurulub", - deyə Fars agentliyi İİKK-nın "Telegram" kanalında yayımlanan açıqlamasından sitat gətirib.
Bildirilib ki, vurulan pilotsuz uçuş aparatı daha sonra Fars körfəzinə düşüb.