6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Yunanıstan qırıcıları Egey dənizi üzərində Türkiyəyə məxsus PUA-nı vurub

28-avqust-2026, 22:29
Yunanıstan qırıcıları Egey dənizi üzərində Türkiyəyə məxsus PUA-nı vurub
Yazı Ölçüsü:
Yunanıstan Hərbi Hava Qüvvələri Türkiyəyə məxsus pilotsuz uçuş aparatının (PUA) Afina Uçuş Məlumatı Rayonuna daxil olduğunu və ölkənin hava məkanını pozduğunu aşkar etdikdən sonra hazırlıq vəziyyətinə gətirilib.
"PostMedia" xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Türkiyəyə məxsus PUA Samotraki və Limnos adaları arasındakı dəniz ərazisində müşahidə edilib. Yunanıstan hərbçiləri dərhal belə hallarda tətbiq olunan izləmə və müdaxilə prosedurlarını işə salıblar.
Yunanıstanın reaksiyası çox gecikməyib: Türkiyə PUA-sını tapmaq, identifikasiya etmək və zərərsizləşdirmək üçün iki "F-16" qırıcısı havaya qaldırılıb. Bununla Afina sərhədlərə istənilən müdaxiləyə dərhal cavab verməyə hazır olduğunu nümayiş etdirib.
Vəziyyəti daha təhlükəli edən məqam isə PUA-nın Aleksandrupolis hava limanının uçuş-enmə zolağına yaxınlaşması olub. Həmin vaxt "Aegean" aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuşa hazırlaşırdı.
Mülki aviasiya xidmətinin və hərbi təyyarələrin operativ və koordinasiyalı fəaliyyəti nəticəsində Türkiyə PUA-sı sərnişin reysini təhlükəyə atmadan ərazidən uzaqlaşdırılıb.
Bununla belə, təhlükəsizlik məqsədilə sərnişin təyyarəsinin marşrutu dəyişdirilib. Təyyarə təhlükəli zonanı aşağı hündürlükdə dövrə vuraraq keçib və daha sonra adi marşrut üzrə “Eleftherios Venizelos” hava limanına uçub.
Hadisə kifayət qədər həssas bir məqamda baş verib. Cəmi bir neçə saat əvvəl Türkiyənin Müdafiə Nazirliyi Yunanıstanın Rodos adasında PUA bazası yaratmağa hazırlaşdığını açıqlamışdı. Ankara bunun “Egey dənizində sülh və sabitliyi pozacağını” iddia edib və cavab olaraq “zəruri addımların” atılacağına işarə edib.
Afinada baş verən hadisənin əsas səbəbinin Türkiyənin məqsədli siyasi və hərbi mesajı olub-olmadığını, yoxsa Ankaranın Egey dənizində daha aqressiv yeni taktika tətbiq etməyə başlamasını anlamağa çalışırlar.
Gərginliyin yeni dalğasının yarandığını göstərən digər məqam isə PUA-nı uzaqlaşdırmaq üçün F-16 qırıcılarının havaya qaldırılmalı olmasıdır. Yunanıstan hakimiyyəti hazırda Ankaranın bundan sonrakı addımlarını diqqətlə izləyir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930