6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Hormuz boğazında gəmiyə atəş açılıb, bir nəfər ölüb

18-avqust-2026, 16:25
Hormuz boğazında gəmiyə atəş açılıb, bir nəfər ölüb
Yazı Ölçüsü:

Hormuz boğazından keçən gəmi naməlum mərmi ilə vurulub. Hadisə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həlak olub.

"PostMedia" xəbər veirr ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Hadisə Oman sahilləri yaxınlığında baş verib. Oman Sahil Mühafizəsi gəminin digər ekipaj üzvlərinə yardım göstərir.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır. (AP News)

Hormuz boğazında son aylarda gəmiçilik təhlükəsizliyi ilə bağlı insidentlər artıb və strateji su yolundan keçən gəmi sayında ciddi azalma müşahidə olunur.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31