6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Polşada iki Almaniya vətəndaşı Rusiya sərhədində foto çəkdiklərinə görə cərimələnib

06-avqust-2026, 01:24
Polşada iki Almaniya vətəndaşı Rusiya sərhədində foto çəkdiklərinə görə cərimələnib
Yazı Ölçüsü:

Almaniyanın iki vətəndaşı Polşanın Rusiya ilə həmsərhəd ərazisində, Kalininqrad vilayəti yaxınlığında müəyyən edilmiş qaydaları pozduqları üçün cərimələniblər.

"PostMedia" xəbər verir ki, bu barədə "Olsztyn" nəşri məlumat yayıb.

Hadisə Venqojevo rayonunda baş verib. Velosipedlə səyahət edən iki alman turist Polşa–Rusiya sərhədi yaxınlığında quraşdırılmış, hər iki istiqamətdə hərəkəti qadağan edən yol nişanına məhəl qoymayıblar. Polşa Sərhəd Xidmətinin məlumatına görə, turistlər Avropa İttifaqının xarici sərhədinin necə göründüyünü görmək istəyiblər.

Bundan əlavə, turistlərdən biri – Almaniyanın 63 yaşlı vətəndaşı Rusiya tərəfinin şəkillərini çəkib. Buna görə o, əlavə olaraq 200 zlotı məbləğində cərimələnib.

Hər iki turist yol hərəkəti qaydalarını pozduqlarına görə ayrıca 500 zlotı cərimə alıblar. Beləliklə, onlara tətbiq edilən cərimələrin ümumi məbləği 1,2 min zlotı təşkil edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31