6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Almaniyada maşinistsiz iki metro qatarı toqquşub, bir neçə vaqon relsdən çıxıb

05-avqust-2026, 11:35
Almaniyada maşinistsiz iki metro qatarı toqquşub, bir neçə vaqon relsdən çıxıb
Yazı Ölçüsü:

Almaniyanın Nürnberq şəhərində iki metro qatarı toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxıb.

"PostMedia" xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Qəza qatarlar depoya aparılarkən baş verib. Toqquşmadan sonra bir neçə vaqon relsdən çıxsa da, hadisə nəticəsində xəsarət alan olmayıb. Bu barədə şəhərin "VAG" ictimai nəqliyyat şirkəti məlumat verib.

Bildirilib ki, Nürnberqin U2 xəttində qatarlar maşinistsiz hərəkət edir və onların hərəkəti vahid dispetçer mərkəzindən idarə olunur. Bu xəttdə maşinistsiz qatar sistemi hələ 2008-ci ildə istifadəyə verilib və 18 illik istismar dövründə buna bənzər hadisə qeydə alınmayıb.

Nəqliyyat şirkəti hazırda dispetçer mərkəzinin işində hər hansı səhvə yol verilib-verilmədiyini araşdırır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031