İrəvanda "İdram" MMC-yə məxsus inkassasiya avtomobilinə quldurluq hücumu olub.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, hadisə iyulun 28-də gecə saatlarında şəhərin Cənub-Qərb yaşayış massivində, Andranik küçəsində baş verib.
Məlumata görə, inkassator-sürücü, 51 yaşlı Laert Q. polisə bildirib ki, inkassasiya zamanı dəbilqə taxmış naməlum şəxs "Skoda" markalı inkassasiya avtomobilinin arxa qapısını açaraq salonundan içərisində pul bağlamaları olan 34 kisəni götürərək qaçıb.
Hadisədən sonra inkassator oğrunu təqib etsə də, onu saxlaya bilməyib. Qaçarkən quldurun əlindən 12 pul bağlaması yerə düşüb.
Quldur külli miqdarda pulu aparmağa müvəffəq olub.