6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Nyu-Yorkda çılpaq kişi "Bruklin" körpüsündən çaya tullanıb və sağ qalıb

03-avqust-2026, 12:19
Nyu-Yorkda çılpaq kişi "Bruklin" körpüsündən çaya tullanıb və sağ qalıb
Yazı Ölçüsü:
ABŞ-nin Nyu-York şəhərində çılpaq kişi "Bruklin" körpüsündən "İst River" çayına tullanmasına baxmayaraq sağ qalıb.
"PostMedia" xəbər verir ki, bu barədə polisə istinadən "The New York Post" məlumat yayıb.
Qəzetin yazdığına görə, hadisə avqustun 2-də günorta saatlarında baş verib. 44 yaşlı kişi körpünün qüllələrindən birinə qalxıb, daha sonra isə soyunub.
Polis və xilasedicilər onu aşağı enməyə razı salmağa çalışsalar da, kişi onların çağırışına məhəl qoymayaraq çaya tullanıb.
Xilasedicilər onu sudan çıxarmağa müvəffəq olublar. Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin məlumatına görə, onun vəziyyəti stabil qiymətləndirilir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031