6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

SEPAH Hörmüz boğazında üç neft tankerinə hücum edib

29-iyul-2026, 09:10
SEPAH Hörmüz boğazında üç neft tankerinə hücum edib
Yazı Ölçüsü:
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerinə zərbə endirdiyini açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
SEPAH-ın bəyanatında bildirilir:
"Xəbərdarlıqlarımıza məhəl qoymayaraq təhlükəli və qanunsuz marşrut üzrə hərəkətini davam etdirən üç neft tankeri hücuma məruz qalıb və dayandırılıb."
Korpusun açıqlamasında vurğulanıb ki, ABŞ-nin Hörmüz boğazından keçidlə bağlı "qanunsuz göstərişlərinə" əməl edən istənilən gəminin fəaliyyəti cavabsız qalmayacaq.
SEPAH bəyan edib ki, bu cür hərəkətlərə qarşı bundan sonra da sərt tədbirlər görüləcək.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31