6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Saakaşvili həbsdən Nelson Mandela kimi çıxacağını bildirib: "İstədikləri qədər saxlasınlar"

29-iyul-2026, 17:32
Saakaşvili həbsdən Nelson Mandela kimi çıxacağını bildirib: "İstədikləri qədər saxlasınlar"
Yazı Ölçüsü:
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə iclası zamanı bildirib ki, tam təcrid şəraitində saxlanılması belə onun ideyalarını tərəfdarlarına çatdırmasına mane olmayacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Gruzia Online" nəşri məlumat yayıb.
Onun sözlərinə görə, bu məqsədlə süni intellekt əsasında rəqəmsal avatarı hazırlanır.
"Artıq süni intellektlə mənim avatarım hazırlanır. O, məndən daha yaxşı görünür, amma elə mən özüməm. Ən yaxşı vaxtlarımdakı Mişa kimi danışır, eyni jestlərə və mimikalara malikdir. Mənim bütün düşüncələrim də ora yerləşdiriləcək", – deyə Saakaşvili bildirib.
Keçmiş prezident gələcəkdə azadlığa çıxacağına əmin olduğunu da vurğulayıb və öz vəziyyətini həbsdən sonra yenidən hakimiyyətə qayıtmış dünya siyasətçilərinin taleyi ilə müqayisə edib. O, xüsusilə Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanı, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı və Malayziyanın Baş naziri Ənvər İbrahimi nümunə göstərib.
Saakaşvilinin fikrincə, uzunmüddətli həbs onun siyasi səhnəyə qayıtmaq ehtimalını daha da artırır. O qeyd edib ki, əsas missiyası şəxsi hakimiyyətini bərpa etmək deyil, yeni düşüncə tərzinə malik siyasətçilər nəslinin formalaşmasına töhfə verməkdir.
Keçmiş prezident, həmçinin, tərəfdarlarının Gürcüstanın müstəqil inkişaf kursunu bərpa edəcək, ölkənin sürətli inkişafını təmin edəcək və ədaləti bərqərar edəcək yeni siyasi qüvvə formalaşdıra biləcəyinə inandığını bildirib.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31