6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Maduronun işi üzrə məhkəmənin başlama tarixi açıqlanıb

22-iyul-2026, 21:33
Maduronun işi üzrə məhkəmənin başlama tarixi açıqlanıb
Yazı Ölçüsü:
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamlar üzrə gələn ilin iyununda məhkəmə qarşısına çıxacaqlar.
"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Hakim məhkəmə prosesinin başlanmasını tərəflərin vəkillərinin müraciəti əsasında 1 iyun tarixinə təyin edib.
Müdafiə tərəfinin vəkilləri sentyabrın əvvəlindən etibarən ittiham aktına etirazla bağlı vəsatətlər təqdim etməyə başlayacaqlar. Maduro və həyat yoldaşı isə həmin vəsatətlər üzrə şifahi dinləmələrdə iştirak etmək üçün 17 noyabrda məhkəməyə çıxacaqlar.
63 yaşlı Maduro və 69 yaşlı həyat yoldaşı Siliya Flores ABŞ hərbçilərinin yanvarın əvvəlində Karakasdakı evlərində keçirdiyi gecə əməliyyatı zamanı saxlanılıb və daha sonra Nyu-Yorka aparılıblar. Həmin vaxtdan onlar Bruklin həbsxanasında saxlanılır.
Əgər andlılar məhkəməsi onları ABŞ-a kokain gətirilməsi məqsədilə qurulmuş sui-qəsddə təqsirli bilsə, hər ikisini ömürlük həbs cəzası gözləyir. Maduro və Flores ittihamları qəbul etmirlər.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031