Ermənistanın paytaxtı Yerevanda faciəli hadisə baş verib.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, iyulun 15-də axşam saatlarında Yeni Areş qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində 27 yaşlı kişinin meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin araşdırmalar zamanı ölən şəxsin həmin binanın sakini, 27 yaşlı Misak V. olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi üzrə araşdırma başlanılıb.
Yerli KİV-in yaydığı məlumata əsasən, həyatını itirən şəxs ev dustaqlığında olub və ehtimal olunur ki, o, binanın 6-cı və ya 8-ci mərtəbəsinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yıxılıb.
Hadisənin dəqiq başvermə səbəbi araşdırılır.