İspaniya məhkəməsi ölkənin baş naziri Pedro Sançesin qardaşı David Sançesi dövlət vəzifələrində işləmək hüququndan 9 il müddətinə məhrum edib.
"PostMedia" xəbər verir ki, Extremadura Ali Məhkəməsinin məlumatına görə, qərar Badaxos vilayət şurasında işə qəbul prosesi ilə bağlı iş üzrə qəbul olunub. Məhkəmə David Sançesi vəzifədən sui-istifadə ilə bağlı cinayətdə təqsirli bilib. Qərardan apellyasiya şikayəti verilə bilər.
İş üzrə araşdırma 2024-cü ildə başlayıb. İstintaq Badaxos vilayət şurasında onun üçün xüsusi uyğunlaşdırılmış vəzifənin yaradılıb-yaradılmadığını və iş şəraitinin onun maraqlarına uyğun dəyişdirilib-dəyişdirilmədiyini müəyyənləşdirməyə yönəlib.
David Sançes 2017-ci ildə Badaxos vilayət şurasında işə başlayıb. Qeyd olunur ki, Pedro Sançes İspaniyanın baş naziri vəzifəsinə yalnız 2018-ci ildə gəlib.