6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Avropada istilər səbəbindən ölənlərin sayı 10 mini ötüb

14-iyul-2026, 08:11
Avropada istilər səbəbindən ölənlərin sayı 10 mini ötüb
Yazı Ölçüsü:

İyunun 22–28-i tarixlərini əhatə edən rekord isti dalğası zamanı Avropada təxminən 10 650 artıq ölüm qeydə alınıb.

"PostMedia" xəbər verir ki, "EuroMOMO" monitorinq sisteminin məlumatına görə, ölənlərin 9 mindən çoxu 65 yaşdan yuxarı şəxslər olub.

Mütəxəssislər bildirirlər ki, ilin bu dövrü üçün belə yüksək ölüm göstəricisi qeyri-adidir və əsas səbəb ekstremal istilərdir. Fransa, İspaniya və Böyük Britaniyada əvvəlki həftələrdə ölüm halları normadan aşağı olsa da, isti dalğası ilə birlikdə kəskin artım müşahidə olunub.

İstilik dalğası təkcə insan sağlamlığına deyil, enerji və nəqliyyat sektoruna da təsir edib. Fransada yüksək su temperaturuna görə bir neçə nüvə reaktoru dayandırılıb və ya gücü azaldılıb, Almaniyada isə Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi yük daşımalarını çətinləşdirib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031