Ermənistanın Kotayk vilayətinin Byureqavan şəhərində qeyri-adi hadisə qeydə alınıb.
"PostMedia"nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, bir nəfər şüşə zavodunun ərazisindəki 70 metrlik dəmir-beton qüllənin zirvəsinə çıxaraq intihar edəcəyini bildirib.
Hadisə yerinə dərhal polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda hüquq-mühafizə orqanları şəxsin aşağı düşməsi üçün onunla danışıqlar aparır.
Qülləyə çıxan şəxs özünün Fidel Kastro olduğunu iddia etsə də, bu addımı hansı səbəbdən atdığını açıqlamır. Polis onun şəxsiyyətini dəqiqləşdirməyə çalışır.