Venesuelada baş verən zəlzələdə həlak olanların sayı 3811 nəfərə çatıb.
"PostMedia" xəbər verir ki, bu barədə iyulun 9-da Milli Assambleyanın sədri Xorxe Rodriqes "Telegram" kanalında paylaşdığı məlumatda bildirib.
“İyulun 8-nə olan məlumata görə, 3811 nəfər həlak olub, 16 740 nəfər isə yaralanıb. Həmçinin 6462 nəfər xilas edilib və 86 794 ailəyə yardım göstərilib”.
Rodriqes qeyd edib ki, bütün dövlət qurumlarının nümayəndələri hadisə yerlərində fəaliyyətlərini davam etdirirlər.