6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İranın ali dini liderinin tabutu İraqa aparılıb

08-iyul-2026, 05:15
İranın ali dini liderinin tabutu İraqa aparılıb
Yazı Ölçüsü:

İranın həlak olmuş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin tabutunu daşıyan təyyarə İraqa çatıb. Burada onun xatirəsinə həsr olunmuş matəm mərasimləri keçiriləcək.

"PostMedia" xəbərv erir ki, bu barədə həm İranın dövlət xəbər agentliyi IRNA və bir sıra xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı Nəcəf hava limanına enən təyyarədə Ayətullah Xamenei ilə birlikdə həlak olmuş ailə üzvlərinin tabutları da olub.

Tabutlar çərşənbə günü Nəcəfdə və müqəddəs Kərbəla şəhərində keçiriləcək matəm yürüşlərinə aparılacaq. Təşkilatçılar mərasimlərdə milyonlarla insanın iştirak edəcəyini gözləyirlər. Xamenei İraqdakı milyonlarla şiə müsəlmanı tərəfindən nüfuzlu dini rəhbər (mərceyi-təqlid) hesab olunurdu.

İraqın Baş naziri Əli əl-Zaidi kütləvi matəm mərasimlərinin təhlükəsiz təşkili məqsədilə çərşənbə gününü qeyri-iş günü elan edib.

İran Prezidenti Məsud Pezeşkian da vida mərasimində iştirak etmək və İraq rəhbərliyi ilə görüşlər keçirmək üçün Nəcəfə gəlib.

İran tərəfinin açıqlamasına əsasən, Ayətullah Xamenei və ailəsinin dörd üzvü 28 fevral tarixində Tehranda yerləşən ofisi və iqamətgahına ABŞ və İsrailin birgə hücumu nəticəsində həlak olub.

İraqdakı mərasimlər bundan əvvəl Tehranda və müqəddəs Qum şəhərində keçirilən anım tədbirlərinin davamıdır. Xameneinin dəfn mərasiminin cümə axşamı keçirilməsi planlaşdırılır. O, doğma şəhəri Məşhəddəki İmam Rza ziyarətgahı kompleksində torpağa tapşırılacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031