6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İranda İmam Xomeyni məscidinin günbəzinə qırmızı intiqam bayrağı qaldırılıb

06-iyul-2026, 08:23
İranda İmam Xomeyni məscidinin günbəzinə qırmızı intiqam bayrağı qaldırılıb
Yazı Ölçüsü:

Tehranda İran İslam Respublikasının ali rəhbəri Ayətullah Əli Xameneinin dəfn mərasimi zamanı Mosalla kompleksinin günbəzinə qırmızı intiqam bayrağı qaldırılıb.

"PostMedia" xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Məlumata görə, mərasim zamanı İmam Xomeyni məscidinin günbəzinə üzərində "Ey Hüseynin intiqamını alanlar!" sözləri yazılmış qırmızı bayraq ucaldılıb.

Şiə simvolizminə görə, qırmızı bayraq intiqama çağırışı ifadə edir.

Məlumata əsasən, bu bayraq sonuncu dəfə martın 1-də ABŞ və İsrailin raket zərbələri nəticəsində Ayətullah Əli Xameneinin həlak olması barədə yayılan xəbərlərdən sonra qaldırılmışdı.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031