6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İranda Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb

03-iyul-2026, 03:11
İranda Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb
Yazı Ölçüsü:

İranda İslam İnqilabının Ali Rəhbəri, Ayətullah Seyid Əli Xameneinin vida mərasimi başlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.

Mərasim üçün hazırlanmış tabut Tehranda, İmam Xomeyni adına hüseyniyyənin (dini kompleksin) yaxınlığında təşkil olunan vida mərasiminin keçirildiyi əraziyə gətirilib.

Yayımlanan görüntülərdə kortejin əraziyə gəlişi və tabutun vida zonasına aparılması əks olunub.

Xatırladaq ki, anım və vida mərasimlərində dünyanın 100-ə yaxın ölkəsinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Onların arasında Azərbaycanın Milli Məclisin spikeri Sahibə Qafarova və Ermənistanın Baş naziri Nikol Paşinyan da var.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930