6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Ermənistanın sabiq səhiyyə naziri "Changan"da ölü tapılıb

28-iyun-2026, 19:03
Ermənistanın sabiq səhiyyə naziri "Changan"da ölü tapılıb
Yazı Ölçüsü:

Bu gün Ermənistanın Ararat vilayətində yerləşən Yerevan–Yeraskh avtomobil yolunun Vedi şəhəri yaxınlığındakı hissəsində park vəziyyətində olan "Changan" markalı avtomobildə kişi meyiti aşkarlanıb.

"PostMedia" xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və istintaq qrupu cəlb olunub. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, avtomobildə tapılan şəxs Ermənistanın keçmiş səhiyyə naziri, sabiq deputat və "Avanqard" Tibb Mərkəzinin təsisçisi Qaqik Stambultsiyandır.

İlkin məlumata görə, Stambultsiyan avtomobili idarə edərkən qəfil vəfat edib, nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanıb. Faktla bağlı cinayət işi başlanıb, ölümün dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031