6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb

25-iyun-2026, 11:40
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb
Yazı Ölçüsü:
“AFB Bank” ASC-nin Mərkəz filialının sabiq müdiri Nail Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
"PostMedia" “Qafqazinfo”ya istinadən xəbər verir ki, eks-filial müdiri külli miqdarda rüşvət almaqda ittiham olunur.
Nail Həsənov müştərilərdən birinə maliyyə vəziyyəti nəzərə alınmadan 80 min manat kredit verilməsini təşkil edib. Bunun müqabilində isə 12 min manat “otkat” alıb.
Bu əməlinə görə Nail barəsində əvvəl həbs qətimkan tədbiri seçilib, sonradan ev dustaqlığına buraxılıb.
Hazırda cinayət işi üzrə ilkin istintaq tamamlanıb, yaxında məhkəmə başlayacaq.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031