6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Bu il Bakıda motosiklet və mopdelərin iştirakı ilə baş verən qəzalarda neçə nəfər ölüb?

23-iyun-2026, 15:04
Bu il Bakıda motosiklet və mopdelərin iştirakı ilə baş verən qəzalarda neçə nəfər ölüb?
Yazı Ölçüsü:
Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.
"PostMedia" xəbər verir ki, bu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin paytaxt ərazisində motosiklet və mopdelərin iştirakı ilə baş verən qəzalarla bağlı yaydığı məlumatda qeyd edilib.
"Təbii ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində tərəfimizdən davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.
Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilmiş və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilmişdir"-deyə qey edilib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031