6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Meksikada şəhər meri öz “qaçırılmasını” səhnələşdirməkdə şübhəli bilinir

22-iyun-2026, 04:35
Meksikada şəhər meri öz “qaçırılmasını” səhnələşdirməkdə şübhəli bilinir
Yazı Ölçüsü:

Meksikada korrupsiya qalmaqalı baş verib. Tenen­singo bələdiyyəsinin meri Nensi Napolesin dövlət vəsaitlərindən təxminən 2 milyon dollar mənimsəmək üçün öz “qaçırılmasını” səhnələşdirdiyi iddia olunur.

"PostMedia" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Yerli prokurorluğun məlumatına görə, istintaq artıq “qaçıranlar” kimi təqdim edilən və saxlanılmış üç şəxsin ifadələrindən sonra başlanıb. Araşdırma iddia edir ki, silahlı şəxslər guya Napolesi avtomobildən zorla çıxarıb və onunla ailəsinə qarşı təhdidlər edərək 40 milyon peso (təxminən 2,3 milyon dollar) fidyə tələb ediblər.

Lakin müstəntiqlərin versiyasına görə, plan təsadüfi bir şahidin hadisəni görüb polisə xəbər verməsindən sonra pozulub. Bu isə hadisə iştirakçılarının hərəkətlərini dəyişməsinə və sonda sxemin ifşasına gətirib çıxarıb.

Prokurorluq bildirir ki, ifadələrdə və hadisə versiyalarında uyğunsuzluqlar aşkar edilib. İstintaq hesab edir ki, bu saxtakarlığın arxasında merin əri və kürəkəni dayanmış ola bilər və məqsəd büdcədən artıq mənimsənilmiş vəsaitləri “fidyə” adı ilə qanuniləşdirmək olub.

Prezident Klaudia Şeynbaumun rəhbərlik etdiyi Morena partiyasını təmsil edən Nensi Napoles barəsində hələlik həbs orderi verilməyib. Lakin onun əri və kürəkəni axtarışdadır.

Öz növbəsində Napoles ittihamları rədd edir və istintaqla əməkdaşlığa hazır olduğunu bildirir. Sosial şəbəkələrdə yayımladığı videoda o, işi “siyasi motivli” adlandırıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930