6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Tanınmış vəkilin qızı faciəvi şəkildə həyatını itirdi

16-iyun-2026, 22:27
Tanınmış vəkilin qızı faciəvi şəkildə həyatını itirdi
Yazı Ölçüsü:
Tanınmış vəkil Fərhad Mehdiyev ağır itki ilə üzləşib.
"PostMedia" Xitab24.az-a istinadən xəbər verir ki, hüquqşunasın qızı bu gün Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.
Məlumata görə, F.Mehdiyevin qızının idarə etdiyi motosiklet "Mercedes" markalı avtomobillə toqquşub.
Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.
Məlumatı F.Mehdiyev təsdiq edib.
Qeyd edək ki, hadisə baş verən an Fərhad Mehdiyev mediasiya prosesində imiş.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031