6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

SEPAH gəmilərə razılaşdırma olmadan Hörmüz boğazından keçməyə cəhd etməmələri barədə xəbərdarlıq edib

12-iyun-2026, 09:06
SEPAH gəmilərə razılaşdırma olmadan Hörmüz boğazından keçməyə cəhd etməmələri barədə xəbərdarlıq edib
Yazı Ölçüsü:

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hürmüz boğazı ilə bağlı insidentdən sonra gəmilərə razılaşdırma olmadan boğazdan keçməyə cəhd etməmələri barədə xəbərdarlıq edib.

"PostMedia" xəbər verir ki, bu barədə İranın “Al-Alam” peyk telekanalı məlumat yayıb.

“Biz Hörmüz boğazına nəzarəti davam etdiririk və boğazdan keçməyə cəhd edən istənilən gəmiyə qarşı qətiyyətlə hərəkət edəcəyik”, — deyə SEPAH komandanlığına istinadən bildirilən açıqlamada qeyd olunub.

Telekanalın məlumatına görə, daha əvvəl iranlı hərbçilər bir tankerə boğazı keçməyə imkan verməmək üçün atəş açıblar. Hadisə İranın cənubunda yerləşən Sirik şəhəri yaxınlığında baş verib, burada partlayış səslərinin eşidildiyi bildirilir.

Cümə axşamı İranın Fars körfəzinin nəzarət idarəsi (PGSA) Hörmüz boğazının növbəti xəbərdarlığa qədər bütün gəmilər üçün bağlandığını təsdiqləyib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930