6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

ABŞ Silahlı Qüvvələri İrana doğru hərəkət edən Palau bayraqlı tankeri sıradan çıxarıb

08-iyun-2026, 21:00
ABŞ Silahlı Qüvvələri İrana doğru hərəkət edən Palau bayraqlı tankeri sıradan çıxarıb
Yazı Ölçüsü:

ABŞ Silahlı Qüvvələri Oman körfəzində Palau bayrağı altında üzən neft tankerinə hücum edərək onu hərəkətsiz vəziyyətə salıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, “boş tanker” İran istiqamətində hərəkət edirdi.

"PostMedia" xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata əsasən, ABŞ qırıcısı "Marivex" tankerinin maşın bölməsinə və idarəetmə sistemlərinə yüksək dəqiqlikli raket zərbəsi endirib. Bildirilib ki, gəmi heyəti ABŞ hərbçilərinin birbaşa göstəriş və tələblərinə məhəl qoymadığı üçün bu addım atılıb.

“Marivex" gəmisi artıq İran istiqamətində hərəkət etmir”, – deyə ABŞ Mərkəzi Komandanlığında vurğulanıb.

Rəsmi açıqlamada qeyd olunub ki, aprelin 13-də dəniz blokadası tətbiq edildikdən sonra CENTCOM qüvvələri tələbləri pozan 7 gəmini sıradan çıxarıb, əmrlərə tabe olan 134 gəminin marşrutunu dəyişdirib və humanitar yardım daşıyan 42 mülki gəminin hərəkətinə icazə verib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031