6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Birinci Qarabağ müharibəsində Cəbrayıl və Füzulini işğal edən erməni generalın nəvəsi güllələnib

15-may-2026, 19:49
Birinci Qarabağ müharibəsində Cəbrayıl və Füzulini işğal edən erməni generalın nəvəsi güllələnib
Yazı Ölçüsü:

Ermənistanın paytaxtı İrəvan şəhərinin Eçmiədzin əazisində güllələnmə hadisəsi qeydə alınıb.

"PostMedia" xəbər verir ki, barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, mübahisə iştirakçıları arasında general-leytenant Manvel Griqoryanın qızı, keçmiş hakim Naira Qriqoryanın oğlu Seyran Artaki Poqosyan da olub.

O, xəstəxanaya yerləşdirilib və xəsarət alan şəxslərdən biridir.

Ermənistan DİN-i daha əvvəl bildirmişdi ki, Vağarşapat icma polisi xuliqanlıq faktını açıb və cinayət aləti olan "start" tapançası aşkarlanıb. Hadisənin bütün iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Xatırladaq ki, Manvel Qruqoryan I Qarbaağ müharibəsində iştirak edib və o, Cəbrayıl və Füzulini işğal edən Erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Füzuli rayonunda kütləvi qarətlərin təşkili ilə də məşğul olub. Eyni zamanda Azərbaycan əsirlərinə xüsusi qəddarlığı ilə də seçilib.


Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031