6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Böyük Britaniya terror təhlükəsi səviyyəsini yüksəldib

30-aprel-2026, 22:00
Böyük Britaniya terror təhlükəsi səviyyəsini yüksəldib
Yazı Ölçüsü:

Böyük Britaniya hökuməti cümə axşamı ölkədə terror təhlükəsinin milli səviyyəsini “ciddi”dən “ən yüksək” səviyyəyə qaldırıb.

Bu qərar terror hücumunun yüksək ehtimallı hesab edildiyini göstərir.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qərar Londonun şimalında baş vermiş antisemit bıçaqlanma hadisəsindən sonra qəbul edilib.

Krallığın daxili işlər naziri Şabana Mahmud bildirib ki, təhlükə səviyyəsi “əhəmiyyətli” kateqoriyasından daha yüksək mərhələyə keçirilib.

Nazirin sözlərinə görə, bu addım yalnız konkret hadisə ilə deyil, ümumilikdə artan və genişlənən təhlükə ilə bağlıdır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930