N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya hələ ki, ABŞ və Ukrayna arasındakı son danışıqların nəticələri barədə məlumat almayıb — Peskov

16-dekabr-2025
Turan Hüseynli
Rusiya hələ ki, ABŞ və Ukrayna arasındakı son danışıqların nəticələri barədə məlumat almayıb — Peskov
Yazı Ölçüsü:

Rusiya hələ ki, Ukrayna böhranının nizamlanması ilə bağlı Avropanın iştirakı ilə ABŞ və Ukrayna nümayəndələri arasında baş tutan danışıqların nəticələrinə dair məlumat əldə etməyib.

PostMedia” Rusoya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Almamışıq", — deyə Kreml sözçüsü vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib.

Peskovdan həmçinin Rusiyanın iştirakı ilə danışıqların növbəti mərhələsinin nə vaxt gözlənilə biləcəyi soruşulub. "Əvvəlcə amerikalılar və ukraynalılar arasında avropalıların iştirakı ilə keçirilən danışıqlardan nə nəticə çıxacağını görməliyik. Əvvəlcə nə baş verəcəyinə baxmalıyıq", — deyə o izah edib.

Qeyd edək ki, 14-15 dekabr tarixlərində Berlində Ukraynadakı münaqişənin nizamlanması üzrə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüşlər keçirilib. Bazar günü danışıqlar təxminən beş saat, bazar ertəsi isə təxminən iki saat davam edib. Bazar ertəsi axşam bir sıra Avropa liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri və NATO-nun baş katibi danışıqların gedişatını müzakirə ediblər.

Kateqoriyalar