N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Avropa Ukrayna üzrə sülh danışıqlarını pozmaq istəyir - Siyarto

15-dekabr-2025
Admin
Avropa Ukrayna üzrə sülh danışıqlarını pozmaq istəyir - Siyarto
Yazı Ölçüsü:

Avropa açıq şəkildə Rusiya ilə qarşıdurmanı təhrik edir və Ukrayna məsələsi üzrə sülh danışıqlarını pozmaq niyyətindədir.

"PostMedia" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.

Onun sözlərinə görə, Avropa liderlərinin davranışı Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək istəmədiklərini açıq şəkildə göstərir. Eyni zamanda, onlar Rusiya ilə qarşıdurmaya can atdıqlarını gizlətmir və bütün Avropanı bu münaqişəyə cəlb etmək istəyirlər.

“Avropalılar, Brüssel və Qərbi Avropa siyasətçiləri faktiki olaraq sülh danışıqlarını pozmaq istəyirlər. Avropa siyasətçiləri eyni zamanda açıq şəkildə müharibəni təhrik edir və bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək niyyətindədirlər”, – deyə Siyarto sosial şəbəkədə yaydığı videomüraciətdə bildirib.

Nazir vurğulayıb ki, Macarıstan ölkənin münaqişəyə cəlb olunmasına imkan verməyəcək.

“Biz, macarlar, bundan uzaq durmalıyıq, sülhə doğru səylərimizi gücləndirməliyik. Bu gün Xarici İşlər Nazirləri Şurasının iclasında bizi davamlı olaraq təhrik edəcəklər ki, hansısa formada münaqişəyə qoşulaq. Biz buna qətiyyən yol verməyəcəyik”, – deyə Siyarto əlavə edib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının 2030-cu ilə qədər Rusiya ilə müharibə ehtimalını ciddi şəkildə müzakirə etdiyini bildirmişdi.

Kremldə dəfələrlə bəyan edilib ki, Rusiya Avropa ilə müharibə aparmaq niyyətində deyil. Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, əgər Aİ ölkələri hərbi əməliyyatlara başlasa, Rusiya buna hazırdır.

Qeyd edək ki, bazar ertəsi Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə toplantı keçirəcək və digər məsələlərlə yanaşı, Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.

Kateqoriyalar